Avropa Komissiyası Rusiyaya qarşı altıncı sanksiyalar paketini elan edib

Avropa Komissiyası Rusiyaya qarşı altıncı sanksiyalar paketini elan edib
4 May 2022
Mətni dəyiş
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini elan edib. Paket çərçivəsində Aİ Rusiya neftinin idxalına qadağa qoyacaq, ˝Sberbank˝ və digər iki böyük Rusiya bankı SWIFT-dən ayrılacaq. Bundan əlavə, Avropa İttifaqının ərazisində üç böyük Rusiya telekanalının yayımı qadağan olunacaq (von der Leyen söhbətin hansı kanallardan getdiyini dəqiqləşdirməyib). Avropa Komissiyasının rəhbəri yeni şəxsi sanksiyaları da açıqlayıb - xüsusən də Aİ-nin məlumatına görə, Buçada mülki əhalinin qətlində iştirak edən yüksək rütbəli zabitlər sanksiyalar altına düşəcək. AFP sənəd layihəsinə istinadən həmçinin Patriarx Kirillin şəxsi sanksiyalara məruz qalacağını bildirir. Aİ-nin yeni sanksiyalar paketi Ukraynada müharibə başlayandan bəri altıncı olacaq. Sanksiyaların qüvvəyə minməsi üçün Aİ-nin bütün 27 ölkəsinin səfirləri tərəfindən təsdiqlənməlidir. BBC-nin məlumatına görə, bu, yəqin ki, bir neçə gün çəkəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun