'Aİ Rusiya qazını əvəzləmək üçün Afrika ölkələri ilə əməkdaşlığı genişləndirəcək'

'Aİ Rusiya qazını əvəzləmək üçün Afrika ölkələri ilə əməkdaşlığı genişləndirəcək'
3 May 2022
Mətni dəyiş

Avropa İttifaqı Rusiya qazının idxalını əvəz etmək və 2022-ci ildə enerji sektorunda Moskvadan asılılığı demək olar ki, üçdə iki azaltmaq üçün Afrika ölkələri ilə əməkdaşlığı intensivləşdirmək niyyətindədir. Bu barədə 'Bloomberg' Aİ-nin layihə sənədinə istinadən xəbər verir.

Layihədə deyilir ki, Afrika ölkələri, o cümlədən Nigeriya, Seneqal, Anqola "mayeləşdirilmiş qaz sahəsində böyük ölçüdə istifadə olunmamış potensiala malikdir".

Agentliyin məlumatına görə, Avropa Komissiyası may ayının sonunda Rusiyadan enerji asılılığının azaldılması planının həyata keçirilməsi tədbirləri çərçivəsində xarici enerji əməkdaşlığını genişləndirən sənəd qəbul edə bilər.

Sənəddə deyilir ki, Aİ mayeləşdirilmiş təbii qazın idxalını 50 milyard kubmetr və Rusiyadan başqa ölkələrdən boru kəməri qazının tədarükünü 10 milyard kubmetr artırmaq planı ənənəvi təchizatçılarla yeni şərtlərlə əlaqələrin qurulmasını və yeni tədarükçülərlə ticarətin genişləndirilməsini tələb edir.

˝Bloomberg˝ qeyd edir ki, bu planı yerinə yetirmək üçün əsas addımlar, həmçinin 2022-ci ildə Aİ-yə əlavə 15 milyard kubmetr və 2030-cu ilə qədər hər il təxminən 50 milyard kubmetr maye qaz tədarükünə dair ABŞ ilə sazişin həyata keçirilməsini əhatə edir.

Bundan əlavə, Aİ 2022-ci ilin yayına qədər maye qaz tədarükünü artırmaq məqsədilə Misir və İsraillə anlaşma memorandumu imzalamağa, habelə Azərbaycandan ildə 20 mlrd. kubmetr tədarükü təmin edən Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılmasını dəstəkləməyə hazırlaşır.

Aprelin 1-dən Rusiya hökuməti bütün Aİ dövlətlərinin də daxil olduğu “dost olmayan ölkələrdən” qaz tədarükü üçün pulu rus rublu ilə ödəməyi tələb edib. Bunun üçün xarici alıcılar “Qazprombank”da hesab açmalıdırlar.

Rusiya prezidenti Vladimir Putin rublla ödənişdən imtina edildiyi təqdirdə “mövcud müqavilələrin dayandırılacağını” bildirib. Avropa Komissiyası hesab edib ki, Rusiya tərəfindən bu tələblərin yerinə yetirilməsi Rusiyanın Ukraynaya müdaxiləsi fonunda tətbiq edilən sanksiyaların pozulması olacaq.

Aprelin sonunda “Qazprom” Polşa və Bolqarıstana qaz tədarükünü dayandırıb, çünki bu ölkələr Rusiya enerjisinin dəyərini rublla ödəməkdən imtina ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun