Ağ Evin yeni mətbuat katibi il dəfə qaradərili və LGBT fərdi olacaq

Ağ Evin yeni mətbuat katibi il dəfə qaradərili və LGBT fərdi olacaq
6 May 2022
Mətni dəyiş
ABŞ prezidentinin açıqlaması ilə Karin Jan-Pyer Ağ Evin yeni mətbuat katibi təyin edilib. Ağ Evin yeni mətbuat katibi bu vəzifəni tutan ilk qaradərili və LGBT fərdi olacaq. “[Birinci xanım] Cill [Bayden] və mən Karini çoxdan tanıyırıq, hörmət edirik və o, mənim və administrasiyanın adından danışan güclü səs olacaq” deyə prezident Co Bayden bildirib. https://twitter.com/thehill/status/1522500427362844674 Jan-Pyer mayın 13-də Cennifer Psakini Ağ Evin mətbuat katibi vəzifəsində əvəz edəcək. Qeyri-rəsmi məlumatlara görə, təxminən il yarım Ağ Evin mətbuat katibi işləyən Psaki MSNBC-də işə gedəcək və orada öz verilişini aparacaq. İndi Jan-Pyer Psakinin birinci müavini vəzifəsində çalışır. Əvvəllər o, MoveOn hüquq müdafiə təşkilatında ictimaiyyətlə əlaqələr üzrə məsul, NBC və MSNBC kanallarında siyasi analitik olub, Co Bayden və Barak Obamanın seçki kampaniyalarında iştirak edib. Jan-Pyer Fransanın Martinik adasındandır və Nyu Yorkda böyüyüb. Psaki bildirib ki, o, Ağ Evin mətbuat katibi vəzifəsini icra edən ilk qaradərili, eləcə də LGBT icmasının fərdi olacaq. "Nümayəndəlik vacibdir və o, bir çoxlarının səsi olacaq, həm də çoxlarına həqiqətən mümkün olanı xəyal etmək şansı verəcək", Ağ Evin hazırkı mətbuat katibi deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun