ABŞ və Ermənistan nüvə sahəsində Anlaşma Memorandumu imzalayacaq

ABŞ və Ermənistan nüvə sahəsində Anlaşma Memorandumu imzalayacaq
2 May 2022
Mətni dəyiş

ABŞ və Ermənistan bazar ertəsi mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

ABŞ bir sıra ölkələrlə nüvə enerjisi sahəsində əməkdaşlıq və diplomatik və iqtisadi əlaqələrin gücləndirilməsi üçün analoji sənəd imzalayıb.

Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Memorandumun imzalanmasından əvvəl Dövlət Departamentində görüşəcəklər. Əlavə məlumat verilmir.

Nüvə Anlaşma Memorandumları ABŞ və tərəfdaş ölkə arasında strateji əlaqələri gücləndirən və genişləndirən diplomatik mexanizmlərdir, mülki nüvə enerjisi məsələləri üzrə əməkdaşlıq və hökumət, sənaye, milli laboratoriyalar və akademik qurumların ekspertləri arasında qarşılıqlı əlaqə üçün çərçivə təmin edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun