Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”
17 May 2022
Mətni dəyiş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Finlandiya və İsveçin NATO-ya üzv olmalarına razı olmayacaqlarını bildirib. 

O, Ankarada Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb. Türkiyə prezidenti bunu onunla əlaqələndirib ki, hər iki ölkə terror təşkilatları üçün çalışan şəxslərin Türkiyəyə ekstradisya edilməsi tələbini qəbul etməyib və onları himayə edir: "Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", - deyə o, əlavə edib.

O əlavə edib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər.

Dövlət başçısının sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun