Zelenski xəyanətdə ittiham etdiyi iki generalı vəzifədən azad edib

Zelenski xəyanətdə ittiham etdiyi iki generalı vəzifədən azad edib
1 Aprel 2022
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski iki generalı vəzifəsindən azad edib. Zelenski xalqa müraciətində qeyd qeyd edib ki, onlar vətənə xidmət etməklə bağlı andlarına xəyanət ediblər. 

Prezident qeyd edib ki, hər iki generalı vəzifəsindən azad edib: "Hələlik onlarla məşğul olmağa vaxtım yoxdur, amma hamısı bir-bir cəzalarını çəkəcəklər", - deyə o qeyd edib. Qeyd olunur ki, xəyanətdə ittiham olunan şəxslər Ukrayna Təhlükəsizlik Xidmətində daxili təhlükəsizliklə bağlı şöbənin rəhbəri Andrey Naumov və Xerson bölgəsində təhlükəsizlik xidmətinin rəisi Kivoruçko Serxiy Aleksanroviçdir. Prezident tərəfindən xəyanətdə ittiham olunan şəxslərlə bağlı hüquqi araşdırmanın aparılıb-aparılmadığı məlum deyil. Hələlik güc strukturlarından məsələ ilə bağlı açıqlama verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun