Zelenski: 'Nə qədər hərbi resurs cəlb edilsə də, biz döyüşəcəyik'

Zelenski: 'Nə qədər hərbi resurs cəlb edilsə də, biz döyüşəcəyik'
19 Aprel 2022
Mətni dəyiş

Ukraynanın Donbas ərazisi uğrunda döyüşlər başlayıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat yayıb. 

Prezident bildirib ki, artıq Rusiya böyük ölçüdə hərbi resursunu bu istiqamətdə cəlb edib və uzun müddətdir hazırlaşdığı Donbas müharibəsinə başlayıb. "Nə qədər hərbi resurs cəlb edilsə də, biz döyüşəcəyik. Ukraynaya aid heç nədən imtina etməyəcəyik", - deyə prezident Zelenski bildirib. Rusiya fevralın 24-dən etibarən Ukraynaya genişmiqyaslı müharibə elan edib. Müharibənin gedişində paytaxt Kiyevi ələ keçirmək istəyən Rusiyanın bu cəhdi uğursuz olub. Böyük hərbi itki verən Rusiya ordusu Şərqi Ukraynaya doğru çəkilib. Müharibə başladıqan sonra Rusiya beynəlxalq birliyin ağır sanksiyaları ilə üzləşib. Ölkə demək olar ki, bütün beynəlxalq təşkilatlardan və tədbirlərdən uzaqlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun