Zelenski: "Medvedçuku Rusiya əsirliyindəki ukraynalılarla dəyişməyi təklif edirəm"

Zelenski: "Medvedçuku Rusiya əsirliyindəki ukraynalılarla dəyişməyi təklif edirəm"
13 Aprel 2022
Mətni dəyiş

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinə dünən həbs olunmuş deputat Viktor Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 12-də “Telegram” kanalında yayımladığı video-müraciətində bildirib.

Zelenski Medvedçukun gizlənmək üçün hərbi kamuflyajı istifadə etməsini “xüsusi həyasızlıq” adlandırıb: “Onu Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişməyi təklif edirəm. Rus hüquq-mühafizə orqanlarının və hərbçilərin də bu ehtimalı nəzərə alması vacibdir”.

Ukraynanın Daxili İşlər Nazirliyi prezidentin təklifinə reaksiya verib.

Nazirin müşaviri Vadim Denisenko hesab edib ki, qalmaqallı deputat əvvəlcə lazımi sübutları verməli, həmçinin məhkəmə hökmü olmalıdır: “Medvedçuk haqqında danışarkən, əslində 2 şeyi etmək düzgün olardı: ən azı onun müəyyən sübutlar verməsi, çünki əməkdaşlıq edənlərin hərəkəti üçün kimlərə pul verdiyi barədə çox məlumat var. Bundan sonra Medvedçuk Rusiyada saxlanılan ukraynalı məhbuslarla dəyişdirilməlidir”.

Viktor Medvedçuk dövlətə xəyanətdə şübhəli bilinir.

Ona qarşı 2021-ci il mayın 12-də işğal olunmuş Krımda milli sərvətlərin talanması, dövlət sirrinin açıqlanması və digər ittihamlar irəli sürülüb.

Həmin ilin oktyabrında V.Medvedçuk “kömür işi” adlanan işdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şəriklik ittihamı elan edilib.

Ukraynanın “Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasını lideri Viktor Medvedçuk aprelin 12-də saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun