Zelenski BMT-də: 'Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmağa çağırıram'

Zelenski BMT-də: 'Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmağa çağırıram'
6 Aprel 2022
Mətni dəyiş

Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış edib və Rusiyanı soyqırım törətməkdə ittiham edib.

Zelenski deyib ki, Rusiyanın qurbanları adından müraciət edir.

Rusiya Ukraynanı işğal etdikdən sonra ilk dəfə şurada danışan Zelenski işğalçı hərbçilərin dinc sakinləri öldürdüyünü və qadınları zorladığını deyib.

Zelenski deyib ki, Buça şəhərində “törədilməyən cinayət qalmayıb”.

Zelenski çıxışında Təhlükəsizlik şurasının təmin etməli olduğu təhlükəsizlik haradadır deyə soruşub.

“Sülh haradadır? BMT-nin təmin etməli olduğu o təminatlar haradadır?” - o deyib.

Prezident Zelenski Rusiyanın İkinci Dünya Müharibəsindən sonra Nürnberqdə keçirilən məhkəməyə bənzər beynəlxalq tribunal qarşısına çıxarılmasını tələb edərək, Rusiyanın “məsuliyyət daşımasını” tələb edib.

O, Rusiyanın Təhlükəsizlik Şurasının üzvülüyündən çıxarılmasını da istəyib.

Nitqinin sonunda o, video nümayiş etdirib.

Təxminən bir dəqiqə davam edən videoda ölən ukraynalıların görüntüləri nümayiş etdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun