Zelenski Baydendən Rusiyanı ˝terroru himayə edən ölkələr˝ siyahısına əlavə etməyi xahiş edib

Zelenski Baydendən Rusiyanı ˝terroru himayə edən ölkələr˝ siyahısına əlavə etməyi xahiş edib
16 Aprel 2022
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydendən Rusiyanı terroru himayə edən ölkələr siyahısına əlavə etməyi xahiş edib. Bu barədə ˝Washington Post˝ mənbələrə istinadən yazır. Nəşrin məlumatına görə, Zelenski bu həftə baş tutan telefon danışığı zamanı belə bir müraciət edib. Bayden Zelenskiyə heç bir vəd verməsə də, Rusiyaya təzyiqi artırmaq üçün təklifləri öyrənməyə hazır olduğunu bildirib. Siyahıya “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləyən” dövlətlər də əlavə edilə bilər. Bu, Ağ Evə həmin dövlətlərin aktivlərini dondurmaq, eləcə də onlarla ticarət aparan üçüncü ölkələrə qarşı sanksiyalar tətbiq etmək imkanı verir. İndi siyahıda dörd dövlət var - İran, Kuba, Suriya və Şimali Koreya.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun