Zelenski: "3 minə qədər hərbçimizi itirdik, 10 min yaralımız var"

Zelenski: "3 minə qədər hərbçimizi itirdik, 10 min yaralımız var"
16 Aprel 2022
Mətni dəyiş

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək ordunun itkilərini açıqlayıb.

Bu barədə Ukrayna lideri CNN-ə müsahibəsində bildirib.

"Bizdə olan rəqəmlərə əsasən hesab edirik ki, 2 500-dən 3 000-ə qədər hərbçimizi itirdik. 10 min yaralımız var, onlardan neçəsinin sağ qalacağını demək çətindir", - Zelenski qeyd edib.

Bununla bərabər, aprelin 15-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 20 000-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib. Qeyd olunub ki, hücum edən tərəfin 756 ədəd tankı, 1 976 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 443 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 135 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun