Zaxarova: “Erməni deputatlar Qarabağa icazəsiz daxil olmaq istəyiblər”

Zaxarova: “Erməni deputatlar Qarabağa icazəsiz daxil olmaq istəyiblər”
14 Aprel 2022
Mətni dəyiş
Erməni deputatların Dağlıq Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb. Bu barədə aprelin 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun fəaliyyət göstərir. Bu səfər Rusiya sülhməramlı kontingenti komandanlığı ilə əvvəlcədən razılaşdırılmayıb", - Rusiya Xarici İşlər Nazirliyinin şərhində deyilir. Rusiya Federasiyası hesab edir ki, rusiyalı sülhməramlıların 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına guya zidd hərəkətləri barədə deyilənlər reallığa uyğun deyil. Rusiya tərəfi ümid edir ki, həm sülhməramlıların məsuliyyət zonasında, həm də Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı sahələrində baş vermiş insidentlər nəzərə alınaraq, hər iki tərəf regionda vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinəcək, Zaxarova  əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun