Yüzlərlə efiopialı Ukraynada döyüşmək üçün Rusiya səfirliyinin önünə toplanıb

Yüzlərlə efiopialı Ukraynada döyüşmək üçün Rusiya səfirliyinin önünə toplanıb
20 Aprel 2022
Mətni dəyiş

Rusiyanın Ukraynaya hücumunun 57 günündə yüzlərlə efiopialı Ukraynada döyüşlərə aparılmaq üçün Rusiyanın paytaxt Addis Ababada yerləşən səfirliyinin önünə toplanıblar. 

Yerli "Addas Standard" Informasiya Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, yüzlərlə efiopiyalı kişi Rusiyanı Ukraynaya işğalında dəstəkləmək üçün səfirliyin qarşısında növbəyə düzülüb. BBC-nin ölkədə olan müxbiri isə bildirib ki, məlumatlara görə, döyüşmək istəyənlərə böyük miqdarda pul vəd edilib. Ancaq Rusiyanın Efiopiyadakı səfirliyinin nümayəndəsi Mariya Çehrunika məlumatları təkzib edib. BBC-yə açıqlama verən nümayəndə bildirib ki, həmin şəxslər səfirliyinin önünə sadecə Rusiyanı dəstəkləmək üçün toplanıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun