Vahid Ələkbərov “Lukoyl” rəhbəri vəzifəsindən istefa verib

Vahid Ələkbərov “Lukoyl” rəhbəri vəzifəsindən istefa verib
21 Aprel 2022
Mətni dəyiş

Milyarder Vahid Ələkbərov “Lukoyl”un direktorlar şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, həmçinin neft şirkətinin prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəlib. Bu barədə “Lukoyl” şirkətinin məlumatında bildirilir.

Bu gün şirkətin İdarə Heyətinin sədrinə müvafiq bildirişlər göndərilib.

“Lukoyl”un mətbuat xidmətinin məlumatına görə, V.Ələkbərov şirkətin nəzarət paketi sahibi deyil. Martın sonuna qədər o, ˝Lukoyl˝un 3,12 faiz səhmlərinə və səs çoxluğuna sahib idi, həmçinin daha 5,43 faiz səhmlərin benefisiarı (ailə etimadları və ya qarşılıqlı fondlar vasitəsilə) idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun