Ukraynada həlak olanlar üçün Moldovada anım günü elan olunub

Ukraynada həlak olanlar üçün Moldovada anım günü elan olunub
4 Aprel 2022
Mətni dəyiş

Bu gün Moldovada Ukraynada həlak olanların anım günü keçirilir. 

Bu barədə qərarı prezident Maya Sandu elan edib. Savaşın 39-cu günündə keçirilən anım tədbirlərində çox insanın iştirakı gözlənilir. Prezident Sandu çıxışında bildirib ki, Kiyev yaxınlığındakı Buça şəhərində sivil insanların kütləvi şəkildə qətlə yetirilməsindən şok olublar. "Moldova Rusiyanın Ukraynaya qarşı apardığı bu qeyri-qanuni və əsassız müharibəni pislədiyi kimi, insanlığa qarşı cinayətləri də qətiyyətlə pisləyir", - deyə prezident Sandu bildirib. Fevralın 24-də Rusiya Ukraynaya müharibə elan edib və hərbi əməliyyatlara başlayıb. Rusiya hərbçiləri minlərlə sivil şəxsi qətlə yetirib şəhərlərə hücumlar təşkil etsə də, döyüş meydanında hərbi hədəflərinə çata bilməyib. Rusiya Ukraynada böyük insan və texnika itkisindən sonra müharibəni aktiv fazada apara bilmir. Əks hücuma keçən Ukrayna ordusu Rusiya hərbiçilərini girdikləri şəhərlərdən çıxarırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun