Ukrayna Rusiyanın Qara dənizdəki "Moskva" adlı kreyser gəmisini vurub

Ukrayna Rusiyanın Qara dənizdəki "Moskva" adlı kreyser gəmisini vurub
14 Aprel 2022
Mətni dəyiş

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasına aid olan “Moskva” adlı raket kreyser gəmisini vurub. Xəbəri aprelin 13-ü Ukrayna ordusu yayıb. 

Bildirilib ki, gəmi Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub. Ancaq Rusiya tərəfi gəminin vurulması ilə bağlı məsələlərə toxunmur. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda sadəcə gəminin yanması qeyd olunub. Bildirilib ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib, ancaq ekipaj tamamilə təxliyə edilib. Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə işğal əməliyyatına başlayıb. Ancaq Rusiya silahlıları Ukrayna ordusu tərəfindən geri oturdulub. Paytaxt ətrafında uğur əldə edə bilməyən Rusiya əsgərləri şərqi Ukraynaya doğru çəkilib. Rusiyanın hava hücumları səbəbindən minlərlə sivil şəxs həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun