Ukrayna Qostomeldə 400, Borodyankada isə 200 nəfərin itkin düşdüyünü bildirir

Ukrayna Qostomeldə 400, Borodyankada isə 200 nəfərin itkin düşdüyünü bildirir
6 Aprel 2022
Mətni dəyiş
Rus qoşunlarının Kiyev vilayətində Qostomeli işğal etdiyi 35 gün ərzində kənddə 400-dən çox insan itkin düşüb. Bu barədə ˝Xromadske˝ radiosuna Qostomel kənd hərbi idarəsinin rəisi Taras Dumenko məlumat verib. “Qostomeldə o qədər də çox cəsəd tapılmadı, daha sonra bizim icmanın kəndlərində güllələnmiş cəsədlər və öldürülən sakinlər tapıldı. Həmçinin, Buçada icmamızın bir neçə sakini tapıldı. Qlebovkalıların Qostomelə getdiyi və sonra onlarla əlaqənin kəsildiyi barədə məlumatları təsdiqlədik ", Dumenko deyib. Onun sözlərinə görə, hadisə şahidlərinin ifadələrindən, foto və videomateriallardan itkin düşənlərin bəzilərinin öldüyü məlum olsa da, onların cəsədləri hələ də tapılmayıb. Kənd hərbi idarəsinin başçısı ehtimal edir ki, Qostomeldə “işğalçılar öz izlərini daha diqqətlə itiriblər”. “Qostomel istiqamətində hərəkət edərkən yol boyu uşaqlar da daxil olmaqla, güllələnmiş cəsədlər olan maşınlar görmək olar. Geri qayıdanda isə bu cəsədlər artıq orada deyildi "o söyləyib. Öz növbəsində Borodyanka merinin səlahiyyətlərini icra edən Georgi Yerko şəhərdə 200-ə yaxın insanın itkin düşdüyünü bildirib. O, ehtimal edir ki, onlar Rusiya hava hücumları nəticəsində dağılan binaların dağıntıları altında ölüblər. Onun bəyanatına ˝The New York Times˝ şəhərdən hazırladığı reportajında yer verib. Martın 29-da İstanbulda keçirilən danışıqlardan sonra Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin “kəskin şəkildə azaldığını” açıqlayıb. Aprelin 2-də Ukrayna Müdafiə Nazirliyi Rusiya qoşunlarının Kiyev vilayətini tərk etdiyini bildirib. Rusiya qoşunlarının çıxarılmasından sonra Kiyev vilayətinin şəhərlərində, o cümlədən Buçada həlak olanların cəsədləri ilə bağlı mesajlar, fotoşəkillər və videolar peyda olub. Ukrayna hakimiyyəti mülki şəxslərin rus hərbçiləri tərəfindən öldürüldüyünü bildirib. Buça şəhərinin meri Anatoli Fedoruk BBC-yə bildirib ki, Rusiya hərbçiləri şəhərdə 320-yə yaxın dinc sakini qətlə yetiriblər. Moskvada Kiyev vilayətinin yaşayış məntəqələrində kütləvi qırğınlar barədə xəbərlər “təxribat” və “Kiyev rejiminin səhnələşdirməsi” adlandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun