Türkiyə ordusu Suriya və İraqda antiterror əməliyyatına başlayıb

Türkiyə ordusu Suriya və İraqda antiterror əməliyyatına başlayıb
18 Aprel 2022
Mətni dəyiş

Türkiyə Silahlı Qüvvələri yeni antiterror əməliyyatına başlayıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.

Nazr qeyd edib ki, birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub.

Bununla bərabər, Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK/YPG-nin 13 silahlısını zərərsizləşdirib. "Terrorçular “Barış Pinarı” əməliyyatı zonasında məhv edilib. Onların planlaşdırdığı hücumun qarşısı vaxtında alınıb", - deyə açıqlamada qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun