Sergey Lavrov: "ABŞ Zelenskini məcbur edir ki, müharibə davam etdirilsin"

Sergey Lavrov: "ABŞ Zelenskini məcbur edir ki, müharibə davam etdirilsin"
7 Aprel 2022
Mətni dəyiş

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna martın 6-da Rusiyaya yeni razılaşma sənədi təqdim edib.  XİN başçısı deyib ki, ancaq bu dəfəki sənəddə İstanbulda danışılan və qismən razılaşdırılan mövzulardan fərqli mövzular var. Onun sözlərinə görə, ABŞ Zelenskini müharibənin davam etdirilməsinə məcbur edir. "Ukraynala təmasları davam etdirəcəyik. Yeni sənədlər üzərində işləyəcəyik və planlarımızı inkişaf etdirəcəyik", - deyə Sergey Lavrov bildirib. Lavrov bildirib ki, Ukrayna sənəddə Krım və Donbas mövzusunun prezidentlərin görüşündə müzakirə edilməsini qeyd edib, ancaq bu Rusiya Federasiyası üçün qəbuledilməz şərtlərdəndir"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun