Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə etdiyi deyilir

Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə etdiyi deyilir
12 Aprel 2022
Mətni dəyiş

Rusiya ordusu Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə etdiyi deyilir. Bu barədə məlumatı Ukraynanın “Azov” taborunun “Telegram” kanalı yayıb. 

Bildirilib ki, kimyəvi maddələr insanların üzərinə dronlar vasitəsilə atılıb və ərazidə olan mülki şəxslərdə və hərbçilərdə tənəffüs çatışmazlığı yaradıb. Müharibənin gedişində Qərb ölkələrinin kəşfiyyat orqanları Rusiyanın Ukrayna ərazisində ağır kimyəvi silahlardan istifadə edəcəyini bildiriblər. Sonuncu dəfə Britaniya kəşfiyyatı məlumat yayıb ki, Rusiya Mariupolda ağ fosfordan istifadə edə bilər. Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı paytaxt Kiyevə və digər bölgələrə də hücumlar olsa da, Ukrayna ordusu Rusiya hərbçilərini geri oturda bilib. Çox ciddi itkilər verən Rusiya ordusu geri çəkilməklə birlikdə hərbi hədəflərini də kiçildib. Bu dəfə əsas ağırlığı Donbass ərazisinə qoyan ordu hələlik orada da uğurlu əməliyyatlar keçirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun