Rusiya vaxtı çatan xarici borclarını ödəməkdə çətinlik çəkir

Rusiya vaxtı çatan xarici borclarını ödəməkdə çətinlik çəkir
7 Aprel 2022
Mətni dəyiş

Rusiya vaxtı çatan xarici borcları ancaq rublla ödəyə biləcəyini açıqlayıb. 

Rəsmi Moskva bunu onunla izah edib ki, Avropa banklarından biri Rusiyanın 649,2 milyon dollarlıq maliyyə tapşırığını icra etmir. Maliyyə Nazirliyi adını açıqlamadığı xarici bankın Rusiyanın göstərişlərinə baxmayaraq, vaxtı çatan istiqrazların ödənişini həyata keçirmədiyini bildirib.

Açıqlamada bildirilib ki, Rusiya sanksiyalara görə dondurulan valyuta hesablarını bərpa edərsə, ödənişlərin xarici valyuta ilə aparılmasına baxıla bilər.

Rusiyanın Ukraynaya təcavüzündən sonra beynəlxalq birlik və Qərb ölkələri Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq edib. Sanksiyalarla, Rusiyanın Qərb ölkələrində olan valyuta ehtiyyatlarının yarısı dondurulub, ölkə beynəlxalq ödəniş sistemindən çıxarılıb.

Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı çətin vəziyyətlə qarşılaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun