Rusiya MN: "Azovstal"dan mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açılacaq

Rusiya MN: "Azovstal"dan mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açılacaq
25 Aprel 2022
Mətni dəyiş
Rusiya hərbçiləri, özünü müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının qüvvələri Mariupoldakı “Azovstal” zavodu yaxınlığında hərbi əməliyyatları dayandıracaq və dinc sakinlərin təxliyyəsi üçün humanitar dəhliz açacaq. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Departamentin bəyanatına görə, aprelin 25-i Moskva vaxtı ilə saat 14:00-dan (Bakı vaxtilə 15:00-dan) etibarən hərbçilər “birtərəfli qaydada istənilən döyüş əməliyyatlarını dayandırır, bölmələri təhlükəsiz məsafəyə çıxarır və mülki şəxslərin “istənilən istiqamətdə” çıxışını təmin edir. “Azovstal” zavodu rus qoşunlarının əhatəsində olan Mariupolda Ukrayna hərbçilərinin əsas müqavimət mərkəzlərindən birinə çevrilib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin 36-cı dəniz piyada briqadasının və Azov alayının əsgərləri zavodun ərazisindədir, onlardan bəziləri yaralanıb. Onlarla birlikdə, Ukrayna hərbçilərinin və hakimiyyət orqanlarının məlumatına görə, Azovstalda əsasən hərbçilərin qohumları, o cümlədən qadınlar və kiçik uşaqlar olan minə yaxın mülki şəxs var. Ukrayna tərəfi Rusiyanı mülki şəxslərin ˝Azovstal˝dan çıxmasına icazə verməməkdə ittiham edir və dəhlizin yalnız təslim olmaq istəməyən hərbçilər üçün açıq olduğunu bəyan edir. Rusiya ordusu iddia edir ki, guya hərbçilər təslim olmaq istəyirlər, lakin Kiyev onlara icazə vermir, onlar mülki insanları “canlı qalxan” kimi saxlayırlar və humanitar dəhliz martın 21-dən fəaliyyət göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun