'Rusiya Mariupolda iz qoymamaq üçün şəhərə mobil krematoriyalar gətirib'

'Rusiya Mariupolda iz qoymamaq üçün şəhərə mobil krematoriyalar gətirib'
6 Aprel 2022
Mətni dəyiş
Mariupolda Rusiya ordusunun səyyar krematoriyaları fəaliyyətə başlayıb. Bu barədə Mariupol şəhər şurasının Teleqram kanalında şahidlərə istinadən məlumat verilib. "Buçadakı soyqırımın beynəlxalq ictimaiyyətə geniş yayılmasından sonra Rusiyanın ali rəhbərliyi Mariupolda ordusunun cinayətlərinə dair hər hansı sübutu məhv etməyi əmr etdi" şəhər şurası bildirib. Qurumun məlumatına görə, ölən Mariupol sakinlərinin cəsədləri səyyar krematoriyalarda yandırılır. Bu işə ruslarla əməkdaşlığa razı olan yerli sakinlər və DXR-dən olanları cəlb edilib; onları bir neçə gün əvvəl Mariupolun meri elan edilmiş yerli rusiyayönlü siyasətçi Konstantin İvaşçenko əlaqələndirir. Seçilmiş mer Vadim Boyçenko martın sonunda şəhəri tərk edib, lakin onun sakinlərinin təxliyəsi üzərində işləməyə davam etdiyini bildirib. “Bir həftə əvvəl dəqiq hesablamalar [Mariupolda] 5,000 nəfərin öldüyünü göstərirdi. Lakin şəhərin böyüklüyünü, fəlakətli dağıntıları, blokadanın müddətini və sərt müqaviməti nəzərə alsaq, on minlərlə Mariupol mülki sakini işğalçıların qurbanı ola bilər. Buna görə də Rusiya Mariupolun xilas edilməsi və tamamilə boşaldılması üçün Türkiyə missiyasına və digər təşəbbüslərə yaşıl işıq yandırmağa tələsmir”, - şəhər şurası bildirib. Onun nümayəndələri həmçinin iddia edirlər ki, Rusiya ordusunun qətlləri və digər zorakı hərəkətlərinin bütün potensial şahidlərini şəhərdə tapıb “məhv etməyə” çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun