'Rusiya hərbçiləri Ukraynanın işğal olunmuş bütün ərazilərində uşaqları və böyükləri zorlayıblar'

'Rusiya hərbçiləri Ukraynanın işğal olunmuş bütün ərazilərində uşaqları və böyükləri zorlayıblar'
13 Aprel 2022
Mətni dəyiş

Ukraynanın rus işğalçılarından azad edilmiş bütün ərazilərində, xüsusən Xerson, Xarkov, Çerniqov, Kiyev, Donetsk, Luqansk vilayətlərində qadınlara, kişilərə, qocalara, yeniyetmələrə və uşaqlara qarşı getdikcə daha çox zorakılıq və alçaltma halları qeydə alınır.

Bu barədə Ukrayna hökumətinin gender siyasəti üzrə komissarı Yekaterina Levçenko bildirib.

Komissarın sözlərinə görə, mülki şəxslərə qarşı cinsi zorakılıq cinayətləri indi hüquq-mühafizə orqanları, Milli Polis, prokurorluq orqanları, eləcə də ictimai təşkilatlar tərəfindən qeydə alınır. Onlar qurbanların adətən təmas qurduğu ilk şəxslərdir.

"Bu gün mülki şəxslərə qarşı bu cür cinayətlərin sənədləşdirilməsi, təkcə qurbanların deyil, həm də cinayətkarların müəyyən edilməsi vacibdir. Müharibə zamanı cinsi zorakılıq müharibə cinayətidir və ya insanlığa qarşı cinayətdir və heç bir bitmə müddəti yoxdur. Yalnız zorlayanlar deyil, həm də onların komandirləri, Rusiya Federasiyasının hərbi və siyasi rəhbərliyi də cəzalandırılmalıdır. Onlar ya belə əmrlər veriblər, ya da Ukrayna vətəndaşlarına qarşı işgəncə və zorakılığa səssizcə razılaşıblar”, - Levçenko bildirib.

Yekaterina Levçenko bütün qurbanları susmamağa, rus işğalçıları tərəfindən törədilən zorakılıq halları barədə hökumətin qaynar xətlərinə və ya hüquq müdafiəçilərinə məlumat verməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun