Rusiya ATƏT-in Ukraynadakı missiyasının uzadılmasına mane olub

Rusiya ATƏT-in Ukraynadakı missiyasının uzadılmasına mane olub
1 Aprel 2022
Mətni dəyiş
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyanın mövqeyinə görə Ukraynadakı xüsusi monitorinq missiyasının mandatını yeniləyə bilməyib. Bu barədə ATƏT-in sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib. “Rusiya Federasiyasının mövqeyinə görə xüsusi monitorinq missiyasının mandatının uzadılması ilə bağlı razılığa gələ bilmədiyimiz üçün çox təəssüflənirəm”, Rau ATƏT-in saytında dərc olunmuş bəyanatda deyib. Zbiqnev Rau bildirib ki, 2014-cü ildən, ATƏT-in missiyası Ukraynada fəaliyyətə başlayandan bəri “həlledici rol oynayıb, yerlərdə təhlükəsizlik və humanitar vəziyyət haqqında obyektiv məlumat verib və münaqişənin mülki əhali üçün nəticələrini yumşaltmaq məqsədilə yorulmadan çalışır". Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç insidenti şərh edərkən bildirib ki, Moskva əməkdaşlarının geri çağırılması ilə bağlı təşkilata məlumat verəcək. Onun sözlərinə görə, rusiyalı mütəxəssislər ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasından “sadəcə sıxışdırılıblar”. O, həmçinin iddia edir ki, missiya Ukraynada “obyektiv rejimdə” işləməyib və “Donbassdan uzaqlaşdırılıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun