Roman Abramoviçin 7 milyard dollarlıq aktivi dondurulub

Roman Abramoviçin 7 milyard dollarlıq aktivi dondurulub
14 Aprel 2022
Mətni dəyiş
Cersi adasındakı Kral Məhkəməsi milyarder Roman Abramoviçin aktivlərini yeddi milyard dollara bloklayıb. Bu barədə “Bloomberg” yerli hakimiyyət orqanlarının bəyanatına istinadən xəbər verib. Cersi polisi həmçinin Abramoviçlə əlaqəsi olduğu “iddia edilən” binalara reyd keçirib. Rusiyalı milyarderin nümayəndələri bu barədə açıqlama verməyiblər. Bloklanmış aktivlərin ümumi məbləği Roman Abramoviçin bütün sərvətinin demək olar ki, yarısına bərabərdir. ˝Forbes˝ biznesmenin ümumi sərvətini 14,5 milyard dollar, ˝Bloomberg˝ isə 13,9 milyard dollar qiymətləndirir. Mart ayında Avropa İttifaqı və Böyük Britaniya Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib, bundan sonra onun aktivləri bloklanmağa başlayıb. Amerika mediasının məlumatına görə, ABŞ hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenskinin xahişi ilə Rusiya-Ukrayna danışıqlarında iştirak etdiyinə görə, Abramoviçə qarşı sanksiyaların tətbiqini təxirə salıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun