RİA Novosti: "Çexiya Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib"

RİA Novosti: "Çexiya Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib"
29 Aprel 2022
Mətni dəyiş
Çexiyanın baş naziri Petr Fiala hökumətin Rusiya qazının pulunu rublla ödəməyəcəyini bildirib. Bu barədə RİA Novosti xəbər verib. Fiala Çexiyanın “rus şantajına” boyun əyməyəcəyini bildirib. O, bəzi ölkələrin və şirkətlərin belə şərtlərlə razılaşmasını səhv hesab edir. Bundan əlavə, baş nazir bunun Rusiyaya qarşı tətbiq edilən sanksiyaların pozulması olduğuna diqqət çəkib. Bundan əvvəl Polşa və Bolqarıstan qazın pulunu rublla ödəməkdən imtina edirdilər. “Qazprom” bu ölkələrə qaz tədarükünü tamamilə dayandırdığını elan edib. ˝Financial Times˝-ın məlumatına görə, Almaniya, Avstriya, Macarıstan və Slovakiyanın ən böyük enerji şirkətləri Rusiyadan nəql olunan qazın pulunu rublla ödəmək üçün İsveçrədəki ˝Qazprombank˝-da rubl hesabları açmağa hazırlaşır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen şirkətlərə qazın qiymətinin dəyişməsi ilə bağlı Rusiyanın tələblərinə boyun əyməmək barədə xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun