RİA: 'Conson Rusiyanın Ukraynada qələbəsinin “real mümkünlüyünü” etiraf edib'

RİA: 'Conson Rusiyanın Ukraynada qələbəsinin “real mümkünlüyünü” etiraf edib'
22 Aprel 2022
Mətni dəyiş
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynada qələbəsinin “real mümkünlüyünü” etiraf edib, RİA Novosti xəbər verir. Hökumət başçısından Qərb kəşfiyyat xidmətlərinin Ukraynadakı müharibənin ilin sonuna qədər davam edəcəyi və Rusiya qoşunlarının qələbəsi ilə başa çatacağı ilə bağlı təxminlərinə münasibət bildirmək istənilib. “Kədərlisi odur ki, bu, real ehtimaldır", Conson cavab verib. O, izah edib ki, münaqişənin hazırkı inkişaf mərhələsini gözlənilməz hesab edir. Conson əlavə edib ki, indi Rusiya qüvvələri Mariupolla quru dəhlizinin təhlükəsizliyini təmin etməyə yaxındır. Bundan əvvəl Conson Britaniyanın Kiyevdəki səfirliyinin gələn həftə yenidən açılacağını bildirmişdi. Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin DXR və LXR rəhbərlərinin yardım xahişinə cavab olaraq ˝Donbasın mühafizəsi üçün xüsusi əməliyyat˝ın başlandığını elan edib. Ukrayna Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsib, bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun