Qazaxıstanda 9 May Qələbə Günündə hərbi parad keçirilməyəcək

Qazaxıstanda 9 May Qələbə Günündə hərbi parad keçirilməyəcək
13 Aprel 2022
Mətni dəyiş
Qazaxıstan 2022-ci ildə Qələbə Günündə parad keçirməyi planlaşdırmır. Ölkənin Müdafiə Nazirliyi bu barədə bəyanat yayıb. Qazaxıstan hakimiyyəti koronavirus pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə də paradı ləğv etmişdi. Müdafiə Nazirliyinin mətbuat xidməti paradın 2022-ci ildə keçirilməməsinin nə ilə bağlı olduğunu açıqlamayıb. Bununla belə, Qazaxıstanda Böyük Vətən Müharibəsi və respublikanın silahlı qüvvələrinin veteranları ilə görüşlər də daxil olmaqla, hərbi-vətənpərvərlik tədbirlərinin keçiriləcəyi deyilib. Ümumilikdə Qazaxıstan Müdafiə Nazirliyi ölkənin bütün regionlarında 50-yə yaxın müxtəlif tədbir təşkil etməyi planlaşdırır. Daha əvvəl bildirilmişdi ki, Latviya parlamenti Qələbə günü şərəfinə 9 May tədbirlərinin Sovet Ordusunun abidələrinə 200 metrdən yaxın məsafədə keçirilməsinə qadağa qoymasını təcili olaraq təsdiqləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun