Qaribaşvili: "Gürcüstanda tezliklə yanacaq ucuzlaşacaq"

Qaribaşvili: "Gürcüstanda tezliklə yanacaq ucuzlaşacaq"
11 Aprel 2022
Mətni dəyiş
Gürcüstanda yanacağın qiymətləri tezliklə düşməlidir, Baş nazir İrakli Qaribaşvili bazar ertəsi hökumətin iclasında bildirib. Gürcüstanda yanacağın qiyməti fevralın sonunda yenidən rekord həddə qalxıb və dörd lari həddini keçib. Ekspertlər bahalaşmanın əsas amili kimi beynəlxalq bazardakı vəziyyəti və milli valyutanın dollara nisbətdə məzənnəsini göstəriblər. “Dünya bazarlarında yanacağın qiyməti nisbətən ucuzlaşaraq bir barel üçün 95 dollara düşüb və lari dollara nisbətdə möhkəmləndiyinə görə, hörmətli yanacaq idxalçılarından gözləyirəm ki, ölkənin və əhalinin vəziyyətini nəzərə alacaqlar və Gürcüstanda qiymətlərə ən qısa zamanda düzəlişlər ediləcək”, - Qaribaşvili hökumətin iclasında bildirib. Onun sözlərinə görə, yanacağın bahalaşmasına dünya bazarlarında şok vəziyyəti yaradan Ukrayna hadisələri səbəb olub. Bu proseslər təbii olaraq yanacaq idxal edən Gürcüstana da təsir edib. Baş nazir onu da qeyd edib ki, Türkiyədən Gürcüstana ucuz dərmanların gətirilməsində olduğu kimi, sahibkarlara ölkəyə ucuz yanacaq idxal etməkdə yardımçı olmaq və “prosesə başlamaq” lazımdır. Baş nazirin sözlərinə görə, bu, istehlakçılar üçün seçim imkanlarını artıracaq və Gürcüstan vətəndaşlarının seçim etmək üçün çoxlu variantları olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun