Putin və Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər

Putin və Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər
26 Aprel 2022
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər. Bu barədə RİA Novosti məlumat yayıb. Danışıqlar zamanı Ərdoğan Ukraynada tezliklə atəşkəs əldə olunmasının vacibliyini və Türkiyənin buna yardım etməyə hazır olduğunu bildirib. “Atəşkəs, effektiv humanitar dəhlizlər və təhlükəsiz evakuasiyanın vacibliyini qeyd edən prezident Ərdoğan Türkiyənin hər kəsə zərər verən bu tendensiyanın dayandırılması və davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib”, - Ərdoğanın ofisindən bildirilib. Türkiyə prezidenti həmçinin Moskva ilə Kiyev arasında danışıqlar prosesini ölkə liderləri səviyyəsinə çatdıraraq davam etdirməyi təklif edib. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Ukrayna böhranı üçün ağlabatan diplomatik həll yolunun tapılacağı və bunun təkcə müharibə edən tərəfləri deyil, həm də bu böhrandan çıxmağa kömək edəcəyi fikrini bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun