Putin: "Ukraynadakı vəziyyətə kənardan müdaxilə edilərsə, cavab zərbələrimiz ildırımsürətli olacaq"

Putin: "Ukraynadakı vəziyyətə kənardan müdaxilə edilərsə, cavab zərbələrimiz ildırımsürətli olacaq"
27 Aprel 2022
Mətni dəyiş

˝Əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji təhlükə yaratsa, o zaman bizim cavab zərbələrimiz ildırımsürətli olacaq˝, Rusiya prezidenti Vladimir Putin Qanunvericilər Şurasında deyib.

Onun sözlərinə görə, strateji təhlükəsizliyə təhdid yarandığı təqdirdə, belə zərbələrlə bağlı bütün qərarlar qəbul edilib.

Rusiya fevralın 24-də Ukraynanın ˝denazifikasiyası˝ və ˝demilitarizasiyası˝ məqsədilə˝xüsusi əməliyyata˝ başlayıb. Vladimir Putin vurğulayıb ki, onun məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, heç bir şey mülki əhalini təhdid etmir. Qurum əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun