Putin: “Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir”

Putin: “Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir”
12 Aprel 2022
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin “Vostoçnı” kosmodromunda Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Ukraynanın Kiyev vilayətinin Buça şəhərindəki vəziyyətin saxtalaşdırıldığını bildirib. O, Buçada baş verənləri Suriyada Bəşər Əsəd hökumətinə qarşı təxribatlarla müqayisə edib, o zaman mülki əhaliyə qarşı kimyəvi silahlardan hücumlar təşkil edilib. “Sonra bunun saxta olduğu məlum oldu. Eyni saxtakarlıq Buçada da var", Putin mətbuat konfransında deyib. “Şübhəsiz ki, Ukraynada baş verənlər faciədir, amma Rusiyaya başqa seçim qoymadılar˝. Putin Ukraynada baş verənlər barədə heç nəyi gizlətməyəcəklərini və hadisələri obyektiv işıqlandıracaqlarını qeyd edib. O, məqsədə çatmaq üçün itkilərin minimallaşdırılmalı olduğunu əlavə edib. Rusiya prezidenti bildirib ki, Kiyev İstanbul danışıqlarında əldə olunan razılaşmalardan kənara çıxıb. “Ukrayna tərəfi İstanbul danışıqlarında əldə olunan razılaşmalardan kənara çıxıb. Özü üçün də, bizim üçün də vəziyyəti dalana dirəyib”, - Rusiya Prezidenti vurğulayıb. Putin Kiyevin danışıqlarda mövqeyində yeni dəyişiklik barədə ona bazar ertəsi məlumat verildiyini, lakin bu dəyişikliklərin nədən ibarət olduğunu bilmədiyini qeyd edib. Rusiya Prezidenti Vladimir Putin “ABŞ ən son ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır” fikri ilə razı olduğunu açıqlayıb.   "Çoxları deyir ki, ABŞ ən son ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır. Orda da deyirlər, bizdə də deyirlər. Həqiqətən də bu belədir”, deyə Rusiya prezidenti vurğulayıb. Putin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı ölkə daxilində və xaricdə aparılan müzakirələri yaxından izlədiyini bildirib. O, Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı heç bir şeyin ictimaiyyətdən gizlədilməsinə ehtiyac olmadığını qeyd edib. "Xüsusi hərbi əməliyyat plan üzrə gedir. Təbii ki, cəmiyyətimizdə, xaricdə gedən müzakirələri yaxından izləyirəm. Biz ictimaiyyətdən heç nə gizlətməməliyik, amma biz bu döyüş işini obyektiv şəkildə işıqlandırmalıyıq”, - Rusiya Prezidenti bildirib. Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın Buça şəhərtində baş verən insidenti ˝Böyük Britaniyanın xüsusi əməliyyatı˝ adlandırıb. Aprelin 12-də Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparıb, dövlət başçıları aktual məsələləri müzakirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun