Polşa Ukraynaya 200-dən çox T-72 tankı göndərib

Polşa Ukraynaya 200-dən çox T-72 tankı göndərib
29 Aprel 2022
Mətni dəyiş
Polşa hakimiyyəti Ukraynaya 200-dən çox T-72 tankı, həmçinin onlarla piyadanın döyüş maşını (PDM) göndərib. Bu barədə Polşa radiosu xəbər verir. Radiostansiyanın məlumatına görə, bu sayda tank iki briqada yaratmaq üçün kifayət edə bilər. Bununla belə, Kiyevə çatdırılan hərbi texnikanın sayı ilə bağlı rəsmi məlumat yoxdur. Bundan əlavə, Varşavanın Ukrayna tərəfi ilə əməkdaşlıqla bağlı gələcək planları haqda da məlumat yoxdur. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukrayna və digər ölkələrə ağır silahların verilməsinin qitənin təhlükəsizliyini təhdid etdiyini bildirib. Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin özlərini müstəqil elan etmiş Luqansk və Donetsk Xalq Respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada ˝hərbi xüsusi əməliyyat˝ keçirmək qərarına gəldiyini açıqlayıb. Bu qərar ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun