Polşa Rusiya qazından müstəqilliyini elan edib

Polşa Rusiya qazından müstəqilliyini elan edib
28 Aprel 2022
Mətni dəyiş
Polşanın baş naziri Mateuş Moravetski ölkənin Rusiya qazından müstəqilliyini elan edib. Onun sözlərinə görə, Rusiya qazına arxalanmayan Polşa öz suverenliyini nümayiş etdirir. "Bizim ehtiyatlılığımız sayəsində bu gün Polşa Rusiya qazından azad olub", - onun ofisinin bəyanatında deyilir. Moravetski qeyd edib ki, Polşanın anbarları hələ də doludur, hər gün onlar 100%-ə qədər doldurulacaq, bunun da 78%-i şimal, cənub və qərbdən gələn tədarüklər, eləcə də öz resurslarıdır. https://twitter.com/PremierRP/status/1519307173251235841?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1519307173251235841%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Fpoland-gaz-russia%2F31823876.html   Polşanın Neft və Qaz Şirkəti (PGNiG) bir gün əvvəl elan etmişdi ki, “Qazprom” aprelin 27-dən etibarən qaz tədarükünün tamamilə dayandırılması barədə ona xəbərdarlıq edib. Daha sonra Rusiyanın “Qazprom” şirkəti “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz nəqlinin dayandırıldığını elan edib. “Qazprom” bu qərarını qazın rublla “ödənilməməsi” ilə izah edib. Aprelin 1-dən Rusiya hakimiyyəti “dost olmayan ölkələrdən” qaz tədarükü üçün hesablaşmaları rus rublu ilə aparmağı tələb edir. Bunun üçün ölkələr ˝Qazprombank˝da rubl hesabları açmalıdırlar. Rusiya prezidenti Vladimir Putin rublla ödənişdən imtina edildiyi təqdirdə “mövcud müqavilələrin dayandırılacağını” bildirib. Avropa Komissiyası Rusiyanın bu tələblərinin yerinə yetirilməsinin sanksiyaların pozulması olacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun