Peskov Rusiyanın Ukraynadakı müharibədə “əhəmiyyətli itkilər” verdiyini etiraf edib

Peskov Rusiyanın Ukraynadakı müharibədə “əhəmiyyətli itkilər” verdiyini etiraf edib
8 Aprel 2022
Mətni dəyiş
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ˝Sky News˝ telekanalına müsahibəsində etiraf edib ki, Rusiya qoşunları Ukraynada “əhəmiyyətli itkilər” verib. "Bu, bizim üçün böyük faciədir", - Peskov deyib. Bununla belə, ˝Sky News˝-un jurnalisti Mark Ostinin itkiləri nəzərə aldıqda Ukraynadakı müharibənin Rusiya üçün uğursuzluq olub-olmaması ilə bağlı sualını cavablandıran prezidentin mətbuat katibi bildirib ki, “bu, sadəcə baş verənləri düzgün anlamamaqdır". Peskov daha sonra əlavə edib ki, Rusiya hərbçiləri Kiyev və Çerniqov vilayətlərini itkilərə görə deyil, gərginliyi azaltmaq və Ukrayna ilə danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq məqsədilə tərk ediblər. https://twitter.com/SkyNews/status/1512111219028733955?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1512111219028733955%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fmeduza.io%2Fnews%2F2022%2F04%2F07%2Fpeskov-zayavil-o-znachitelnyh-poteryah-rossii-v-voyne-v-ukraine Rusiya hakimiyyəti fevralın 24-də Ukraynanın işğalından sonra yalnız iki dəfə itkilər barədə məlumat verib. Ən son məlumat martın 25-də Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb. O zaman elan olunmuşdu ki, müharibənin ilk bir ayı ərzində 1351 rus hərbçisi həlak olub, 3825 nəfər yaralanıb. Ukrayna tərəfi Rusiyanın itkilərini 18 700 nəfər olaraq qiymətləndirir, ancaq bunun təkcə ölənlər, yoxsa yaralılar da əhatə etməsi haqda dəqiqləşdirmə verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun