Pentaqon: Kiyev hələ də təhlükədədir

Pentaqon: Kiyev hələ də təhlükədədir
1 Aprel 2022
Mətni dəyiş

Kiyev hələ də təhlükədədir, aviasiya zərbələri davam edir, Rusiya qüvvələrinin bir hissəsi isə Ukraynanın paytaxtından şimala və şərqə doğru çəkilir. Bu barədə cümə axşamı ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

"Biz əvvəlki kimi Kiyevdə və onun ətrafında artilleriya atışları və aviasiya zərbələri müşahidə edirik", deyə məmur bildirib.

Ukraynanın cənubunda və şərqində də döyüşlər davam edir, hələlik Rusiya işğalçıları az irəliləyiblər, o cümlədən Mariupol şəhərində. "Ukraynalılar Mariupolun daxilində çox sərt müqavimət göstərirlər", deyə məmur qeyd edib.

Ümumilikdə Ukrayna üzərindəki hava məkanı mübahisəli olaraq qalır: çərşənbə günü Rusiya aviasiyası 300-ə yaxın döyüş uçuşu həyata keçirib. Martın 31-nə olan məlumata görə, Rusiya tərəfdən 1400-dən çox raket buraxılıb.

Məmur həmçinin rusların mənəvi əhval-ruhuyyəsinin "aşağı olaraq qaldığını" bildirib.

"Biz pis rəhbərlik və döyüş hissələrinin çatışmazlığı səbəbindən qoşunlarda komanda və idarəetmə problemləri görməkdə davam edirik", deyə məmur əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun