Osman Kavala ömürlük həbs cəzasına məhkum edildi

Osman Kavala ömürlük həbs cəzasına məhkum edildi
26 Aprel 2022
Mətni dəyiş

Aprelin 25-də Türkiyə xeyriyyəçisi Osman Kavala ömürlük həbs cəzasına məhkum edilib. Kavala Türkiyədə etirazları maliyyələşdirməklə hökuməti devirmək cəhdində ittiham olunurdu.

Keçirilən məhkəmə prosesində Türkiyənin vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər. Gərgin keçən prosesdə Kavala bütün ittihamları rədd edib.

Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) və Qərb hökumətləri də Kavala işinin siyasi motivli olduğunu bildirirlər.

Söhbət 2013-cü ildə İstanbuldakı Gezi parkı aksiyalarından və ondan sonrakı proseslərdən gedir. Məhkəmə daha 7 nəfəri hər biri 18 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.

Bununla bərabər, məhkəmə sübutlar olmadığına görə Kavalaya qarşı casusluq ittihamına xitam verib.

Bundan əvvəl Avropa Şurası Osman Kavalanın azadlığa buraxılması üçün Türkiyəyə vaxt vermişdi. Türkiyə isə buna cavab olaraq bildirmişdi ki, Kavala Avropa Şurasının bəraət istədiyi ittihamlar üzrə mühakimə olunmur. Bu qərardan sonra Türkiyənin Avropa Şurasından çıxarılma prosesinin başlaya biləcəyi də ehtimal olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun