Müharibənin 39-cu günü: Ukrayna Rusiyanı işğal etdiyi ərazilərdən çıxarır

Müharibənin 39-cu günü: Ukrayna Rusiyanı işğal etdiyi ərazilərdən çıxarır
4 Aprel 2022
Mətni dəyiş

Müharibənin 39-cu günündə Ukraynada gərginlik hələ də davam edir. Ukrayna ordusu Rusiya hərbçilərini girdiyi ərazilərdən çıxartmaq üçün əməliyyatlar keçirir. Rusiya öz növbəsində Şərqi Ukraynaya doğru çəkilir. 

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

Bununla bərabər, Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı son məlumatlarda qeyd olunub ki, Rusiya ordusu Donbas ərazisində Ukrayna Silahlı Qüvvələri Birləşmiş qüvvələrinin qruplaşmalarını mühasirəyə almağı, Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmağı planlaşdırır. Ukraynanın baş prokuroru İrina Venediktova isə sosial şəbəkə hesablarında məlumat yayaraq bildirib ki, Ukraynanın Rusiya qoşunlarından azad edilmiş Kiyev vilayətinin ərazisindən artıq 410 nəfər dinc sakinin meyiti çıxarılıb. Müharibənin nə zaman dayanacağı ilə bağlı isə hələlik aydın bir təsəvvür yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun