Mariupol meri: "Şəhərdə 10 mindən çox dinc sakin həlak olub"

Mariupol meri: "Şəhərdə 10 mindən çox dinc sakin həlak olub"
12 Aprel 2022
Mətni dəyiş

Rusiya qoşunları şəhəri mühasirəyə alandan bəri Mariupolda 10 mindən çox dinc sakin həlak olub. Bu barədə Mariupolun meri Vadim Boyçenko 'Associated Press' agentliyinə bildirib. Merin sözlərinə görə, ölənlərin sayı 20 min nəfəri keçə bilər, çünki Mariupol sakinlərinin cəsədləri “küçələri xalça kimi örtür”.

Boyçenko həmçinin iddia edir ki, Rusiya rəsmiləri ölənlərin cəsədlərini toplayıb ticarət mərkəzindəki soyuducularda saxlayırlar. Aprelin əvvəlində Mariupol şəhər şurası şəhərdə Rusiyanın səyyar krematoriyasının fəaliyyətə başladığını elan etmişdi.

Mariupolda, Boyçenkonun sözlərinə görə, 120 min dinc sakin qalıb. Merin sözlərinə görə, şəhərdən yalnız rus separatçılarının nəzarətində olan ərazidəki “filter düşərgələri”ndən keçənlər buraxılır. “Filter düşərgələri”ndən sonra insanlar Rusiyanın regionlarına göndərilir.

Boyçenkonun sözlərinə görə, guya “filterdən” keçməyən insanlar üçün improvizə edilmiş həbsxanalar təşkil edilib və ən azı 33 min insan Rusiyaya aparılıb.

Boyçenko AP-yə bildirib ki, o, Mariupolda deyil, amma Ukrayna ərazisindədir. O qeyd edib ki, şəhərdə baş verənlərlə bağlı bir neçə mənbədən məlumat alıb, lakin onları açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun