Makron növbəti dəfə prezident seçilib

Makron növbəti dəfə prezident seçilib
25 Aprel 2022
Mətni dəyiş

Fransada prezident seçkilərinin yekun nəticələrinə görə, Emmanuel Makron növbəti dəfə prezident seçilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.  Məlumatda qeyd olunub ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 % səs toplayıb. Onun rəqibi - Milli Birlik Partiyasının namizədi Marin Le Pen seçicilərin 41,45 %-nin dəstəyini qazanıb. Seçkilərin birinci turunda isə səsvermə hüququna malik olan ümumilikdə 48,7 milyon nəfərdən 35,9 milyonu seçkiyə qatılıb. Birinci turda ölkə prezidenti Emmanuel Makron 9,78 milyon, ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə 8,13 milyon səs toplayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun