Lvova atılan raketlərin Xəzər regionundan buraxıldığı deyilir

Lvova atılan raketlərin Xəzər regionundan buraxıldığı deyilir
18 Aprel 2022
Mətni dəyiş
Lvova səhər saatlarında edilən hücumun qurbanlarının sayı artıb. Atəş üçün qanadlı raketlərdən istifadə edilib, buraxılış Xəzər regionundan həyata keçirilib. Bu barədə Lvov vilayəti üzrə hərbi administrasiyanın başçısı Maksim Kozitski bildirib. Bundan əvvəl 6 nəfərin öldüyü və biri uşaq olmaqla 11 nəfərin yaralandığı bildirilmişdi. Hazırda üç zərərçəkənin vəziyyəti ağırdır, uşağın yüngül xəsarətləri var. Lakin bir neçə saat sonra ölənlərin sayı artıb. "Bu saata olan məlumata görə, ölənlərin sayı 7 olub. Onlar Lvova atılan zərbə nəticəsində qeydə alınan ilk ölümlərdir", - o deyib. Hərbi administrasiyanın başçısı vurğulayıb ki, ölən və yaralananlarla bağlı məlumat hələ də dəyişə bilər. Mövcud məlumata görə, şəhərə hücum üçün Xəzər regionundan atılan hava tipli qanadlı raketlərdən istifadə olunub. Dörd raketdən üçü hərbi infrastruktur obyektlərini vurub. Onların arasında istifadə olunmayan anbarlar da var. Digər raket təkər sexinə düşüb. "Zərbələr nəticəsində yanğınlar baş verib. Artıq hər iki obyektdə yanğın tam söndürülüb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntıları təmizləyir. Hər iki obyekt tamamilə sıradan çıxıb. Zərbə baş verən ərazilərin ətrafındakı evlərin pəncərələri və avtomobillərə ziyan dəyib". Kozitski bildirib. Aprelin 18-i səhər saatlarında rus işğalçıları Lvova bir neçə raket hücumu həyata keçirib. Əvvəlcə hərbi administrasiyanın başçısı Maksim Kozitski Rusiya hərbçilərinin dörd raket zərbəsi endirdiyini açıqlayıb. Eyni zamanda Lvov meri isə söhbətin daha çox raketdən getdiyini demişdi. "Lvova 5 hədəf raket zərbəsi endirilib. Artıq müvafiq xidmətlər həmin yerə yola düşüb. Daha ətraflı məlumatı öyrənirik", - Sadovıy yazıb. Lvov Şəhər Şurasının deputatı Andrian Qutnik bildirib ki, işğalçılar əvvəlcə hədəf olaraq İvano-Frankovskı seçiblər, lakin son anda istiqamətlərini dəyişiblər. Daha sonra Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Lvovun səhər atəşə tutulması nəticəsində mülki infrastruktur obyektlərinə ziyan dəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun