Litva Buça qırğınına görə Rusiya səfirini ölkədən çıxarmaq qərarına gəlib

Litva Buça qırğınına görə Rusiya səfirini ölkədən çıxarmaq qərarına gəlib
4 Aprel 2022
Mətni dəyiş

Litva hökuməti Rusiya ilə diplomatik nümayəndəliyin səviyyəsini aşağı salmaq qərarına gəlib. Bu barədə "İnterfaks"a Litvanın xarici işlər naziri Qabrielius Landsberqis məlumat verib.

Rusiyanın Klaypedadakı konsulluğunun bağlanması qərara alınıb, Rusiya səfiri Aleksey İsakova isə Litvanı tərk etmək əmri verilib, ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Öz növbəsində Litvanın səfiri Eitvydas Bayarunas da tezliklə Moskvanı tərk edəcək.

Landsberqis belə tədbirlərin “suveren Ukraynaya qarşı davam edən Rusiyanın təcavüzünə və Rusiya silahlı qüvvələrinin Ukraynanın işğal olunmuş şəhərlərində törətdiyi vəhşiliklərə, o cümlədən Buçadakı dəhşətli qırğına” cavab olaraq görüldüyünü izah edib.

Nazirin sözlərinə görə, Litva Aİ və NATO-dakı tərəfdaşlarını qərarları ilə bağlı elan edib və onları oxşar addımlar atmağa çağırıb.

Litvanın ardınca Rusiya ilə diplomatik münasibətlərin azaldılması qərarını Latviyanın xarici işlər naziri Edqar Rinkeviç də elan edərək, konkret tədbirlərə daha sonra aydınlıq gətirəcəyini vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun