Lavrov: "Ukraynaya qarantor ölkələrdən biri də Belarus olmalıdır"

Lavrov: "Ukraynaya qarantor ölkələrdən biri də Belarus olmalıdır"
9 Aprel 2022
Mətni dəyiş

"Kiyev öz neytrallıq statusunu qəbul etdikdən sonra, Belarus da Ukraynanın təhlükəsizliyinə qarantor ölkələrdən biri olmalıdır" 

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, bu qarantorluğu bütün BMT üzvü olan qonşu ölkələr götürməlidirlər.

"Biz Belarusun görüşlərin təşkilində də aktiv rol oynamasını istəyirik. Belarus  bunun üçün uyğun yerdir. Amma əlbəttə, bütün bunlar hər iki tərəfin razılığı əsasında olmalıdır", deyə Lavrov bildirilib.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, Rusiya-Ukrayna arasında Belarusun dəstəkləmədiyi heç bir sülh müqaviləsi imzalana bilməz. O, bununla bağlı prezident Putinlə danışacağını demişdi.

Belarus xarici işlər naziri biraz da irəli gedərək bildirmişdi ki, Rusiya-Ukrayna danışıqlarının final mərhələsində Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun