Lavrov: "Ukraynada “xüsusi əməliyyat”ın növbəti mərhələsi başlayıb"

Lavrov: "Ukraynada “xüsusi əməliyyat”ın növbəti mərhələsi başlayıb"
19 Aprel 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “India Today” telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynada “xüsusi əməliyyat”ın növbəti mərhələsinə başlayır. “Bu əməliyyat davam edəcək. Əməliyyatın növbəti mərhələsi indi başlayır. Əminəm ki, bu, bütün xüsusi əməliyyatın ən həlledici anı olacaq”, - deyə nazir bildirib (İnterfaks-dan sitat). Lavrov bildirib ki, “xüsusi əməliyyat” “Donetsk və Luqansk respublikalarının tam azad edilməsinə” yönəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Rusiya “xüsusi əməliyyat” zamanı nüvə silahından istifadə etmək fikrində deyil. "Rusiya Ukraynada nüvə silahından istifadə imkanını nəzərdən keçirmir, söhbət yalnız adi silahlardan gedir", - Lavrov deyib. Sergey Lavrovun müsahibəsinin tam versiyası hələ dərc edilməyib. ˝India Today˝ kanalının saytında və sosial şəbəkələrdə yalnız müsahibədən çıxarışlar mövcuddur. Ukraynadakı müharibə zamanı Rusiyanın nüvə silahından istifadəsinin mümkünlüyü məsələsi dəfələrlə qaldırılıb. Fevralın sonunda, müharibənin başlamasından bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin müxtəlif növ ballistik raketlərin daxil olduğu qondarma nüvə triadasının xüsusi hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun