Latviya müharibə cinayətlərini dəstəkləyənləri vətəndaşlıqdan məhrum edəcək

Latviya müharibə cinayətlərini dəstəkləyənləri vətəndaşlıqdan məhrum edəcək
21 Aprel 2022
Mətni dəyiş

Latviya Seymi vətəndaşlıq haqqında qanuna ˝hərbi cinayətləri dəstəklədiyinə görə vətəndaşlıqdan məhrum etmə˝ imkanını nəzərdə tutan düzəlişləri qəbul edib, Delfi xəbər verir.

Qanuna əsasən, sülh və insanlıq əleyhinə cinayətlər, soyqırım, ərazi bütövlüyünü, suverenliyini təhdid edən hərbi cinayətlər törətmiş şəxslər, dövlətlər və ya digər qurumları maliyyə, maddi, təbliğat, texnoloji və ya digər şəkildə dəstəkləyənlər Latviya vətəndaşlığından məhrum edilə bilər. Belə cinayətlərin iştirakçıları da Latviya vətəndaşlığından məhrum edilə bilər.

Bu qaydalar ikili vətəndaşlığı olan şəxslərə şamil olunacaq.

Latviya Seymi həmçinin bəşəriyyətə qarşı cinayətləri pisləyən və Rusiyanın “hazırda Ukrayna xalqına qarşı soyqırımı həyata keçirdiyini” təqdiləyən bəyanat qəbul edib. Estoniya parlamenti də Rusiya ordusunun Ukraynadakı hərəkətlərini ˝soyqırım˝ kimi tanıyıb.

Bundan əvvəl Latviya Rusiya və Belarus vətəndaşlarının ölkə iqtisadiyyatına investisiya yatırmaq üçün yaşayış icazəsi almasını qadağan edən qanun layihəsini qəbul edib. 30 iyun 2023-cü il tarixinədək Rusiya və Belarus vətəndaşlarına Latviyada ilkin müvəqqəti yaşamaq icazələrinin verilməsi də dayandırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun