Latviya 9 mayı Ukraynada həlak olanların anım günü elan edib

Latviya 9 mayı Ukraynada həlak olanların anım günü elan edib
23 Aprel 2022
Mətni dəyiş
Latviya Seymi mayın 9-u faşizm üzərində Qələbə günü əvəzinə, Rusiyanın Ukraynaya hərbi təcavüzü qurbanlarının anım günü elan edib. Həmin gün ölkədə matəm elan olunacaq və bütün bayram tədbirlərinə qadağa qoyulacaq. Bundan əvvəl mayın 9-u Riqada “Sovet ordusunun əsgərlərinə - Sovet Latviyasını faşist işğalçılarından azad edənlərə abidə” memorial kompleksinin yaxınlığında qeyd olunurdu. Bu tədbirdə on minlərlə insan iştirak edirdi. Bayramın formatı bir çox suallar doğursa da həmin gün Rusiyadan olan musiqiçilərin konsertlə çıxış edirdi, çöl mətbəxi qurulurdu, Rusiya bayraqları və "Berlinə" şüarları asılırdı. Qeyd olunur ki, bundan sonra 9 may Latviyada heç vaxt belə olmayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun