İsrailin Baş nazirinə içində güllə olan məktub göndərilib

İsrailin Baş nazirinə içində güllə olan məktub göndərilib
27 Aprel 2022
Mətni dəyiş

İsrailin Baş naziri Naftali Bennetə və ailəsinə içində güllə olan məktub göndərilib. Bu barədə İsrail polisi məlumat yayıb. 

Bildirilib ki, məktubda güllə ilə yanaşı ölüm təhdidləri də olub. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, nazir və ailəsi ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Aparılan ilkin araşdırmalardan sonra bildirilib ki, məktub Baş nazirin ofisinə yox, ailəsilə birlikdə yaşadığı evə göndərilib. Ancaq İsrail məhkəməsi qərar çıxararaq məsələ ətrafında məlumatların yayılmasını qadağan edib. Ona görə də polis işin detalları ilə bağlı açıqlama vermir. Məsələ ilə bağlı açıqlama verən Naftali Bennet bildirib ki, o, Baş nazirdir, siyasətçidir, ancaq onun da ailəsi var və ailəsinin qorunması üçün addımlar atılacaq. İsrailin ictimaiyyət nümayəndələri də məsələ ilə bağlı reaksiya verərək gərginliyin azaldılmalı olduğunu, bütün radikal davranışları qınadıqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun