El-Salvadorda artan cinayət halları ilə bağlı fövqəladə vəziyyət elan edilməsindən sonra güc strukturları genişmiqyaslı əməliyyatlar keçiriblər.
Bildirilib ki, son ildə ölkə ərazisində baş verən cinayətlər 80 faizi keçib. Son yayılan açıqlamaya görə, cinayətkar qruplaşmalara mənsub olmasına şübhə yaranan minlərlə şəxs saxlanılıb. Hökumət onların yarıçılpaq şəkillərini yayıb. Ölkə prezidenti Nayib Bukele xalqa müraciət edərək bildirib ki, bu görüntüləri övladlarınıza göstərin, onlar üçün aydın olsun ki, cinayətkarlığın sonu bu şəkildə olmaqla həbsxanadır. Son məlumatlara görə, indiyə qədər 3 min 783 nəfər saxlanıb. Cinayətdə ittiham olunanları 3 ildən 30 iıə, cinayətin həm də sifarişçisi olanları isə 6 ildən 45 ilə qədər həbs gözləyir. Yerli və beynəlxalq insan hüquqları təşkilatları saxlanılan şəxslərin yarıçılpaq görüntülərinin yayılmasını və saxlanma şəraitlərini tənqid ediblər. Prezident Bukele tənqidçilərinə səslənərək bildirib ki, ölkəsində cinayətkar qrup halında fəaliyyət göstərən 70 min şəxs var, istəyən onları öz ölkələrinə aparıb bu avtoritar ölkədən xilas edə bilər.