Deripaska Rusiyada təhlükəsizlik əməkdaşları və məmurların sayını azaltmağı təklif edib

Deripaska Rusiyada təhlükəsizlik əməkdaşları və məmurların sayını azaltmağı təklif edib
18 Aprel 2022
Mətni dəyiş
İş adamı və milyarder Oleq Deripaska təhlükəsizlik və dövlət aparatı işçilərinin sayını azaltmağı təklif edib. O, bu barədə “Ekspert” jurnalına müsahibəsində danışıb. Rusiyada mövcud iqtisadi vəziyyəti müzakirə edən Deripaska “dövlət kapitalizmi sistemindən imtina etməyi” təklif edib. “Biz dövlət aparatını yarıya endirməliyik. O nəyə lazımdır ki? Sadəcə iki dəfə azaltmaq lazımdır. Bütün şəxsi avtomobillərdən imtina edin, ölkədə 100 şəxsi avtomobil buraxın və necə deyərlər, hər şeyi yenidən başlayın. Bu anlaşılmaz güc-hüquq mühafizə birliyini üç-beş dəfə azaltmaq lazımdır. Ordu və donanmanı saxlayın, çünki bu, yeganə qaladır. Qalanları nəyə lazımdır ki?”, milyarder deyib. Deripaskanın fikrincə, indi "ümid mənbəyi" iş adamlarıdır. Buna görə də o, Cinayət Məcəlləsinin 159 və 160-cı maddələri ilə məhkum olunan iş adamlarının azadlığa buraxılmasını, “onlara işləmək imkanı verilməsini” təklif edib. “Rusiya iqtisadiyyatının aqressiv sanksiya təzyiqi altında yaşadığı bir vaxtda hökumət və Mərkəzi Bank mövcud böhrandan mümkün qədər tez çıxmaq və bu yeni normalara keçmək üçün iqtisadiyyatı restrukturizasiya etmək məqsədilə bütün mövcud resursları cəmləşdirməlidir. Hakimiyyət indi qərar verməlidir: ya biz bütün resursları bu istiqamətlərə cəmləşdirək, ölkəni 14 ildən artıqdır davam edən dövlət kapitalizminin mənasız maliyyələşdirməsindən çıxaraq, ya da dövlət aparatının, hüquq-mühafizə və güc orqanlarını real şəkildə dəfələrlə azaldacağıq", deyə sahibkar teleqram kanalında yazıb. Ukraynada müharibə başlayandan sonra Deripaskanın aktivləri Avropa İttifaqı, Avstraliya və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. ABŞ milyarderi hələ 2018-ci ildə “yüksək rütbəli dövlət məmurunun maraqlarına uyğun hərəkət etdiyi və ya hərəkət etdiyini iddia edildiyi” üçün sanksiya siyahısına salmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun